SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əhməd Riyazi hələdə Təbriz zindanında... – Afişa (puster)

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əhməd Riyazi hələdə Təbriz zindanında... – Afişa (puster)

Gunaz.tv

GünAz TV: İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı öyrənci fəal Əhməd Riyazi Mübarəki hələdə Təbriz zindanında saxlanılır.

 

Riyazi Avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində təxminən 30 nəfər milli-mədəni fəalla birlikdə tutuqlanıb və ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına aparılıb. O, təxminən 1 ay ruhi-cismi işgəncədən sonra Təbrizin mərkəzi zindanına intiqal edilib.

 

Məmurlar, hazırda Təbriz zindanında mühakimə olmadan saxlanılan Riyazini yaxaladıqdan sonra. Onun ata evinə gedib və evdə axtarış aparıblar. Axtarış nəticəsində Riyaziyə aid kitablar, əlyazmalar və kompüter məmurlar tərəfindən zəbt edilib.

 

Bir qrup Azərbaycan Milli Hərəkatının öyrənci fəalları, adını çəkdiyimiz öyrənci fəala Afişa (puster) həsr edərək, onun və başqa azərbaycanlı fəalların dərhal azad edilməsini tələb edirlər.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar