SON XƏBƏRLƏR

Qardaş ölkəyə birinci və ən çox yardım Azərbaycandan göndərilib

2021.10.20, 07:36
Qardaş ölkəyə birinci və ən çox yardım Azərbaycandan göndərilib

Gunaz.tv

GünAz TV: Türkiyə hökuməti nəzdində Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi Van zəlzələsi ilə əlaqədar Türkiyəyə ən çox yardım göndərən ölkələrin siyahısını açıqlayıb.

 

Türkiyə mətbuatının verdiyi məlumata görə, siyahıda birinci yerdə Azərbaycandır. Rəsmi məlumata görə, zəlzələ baş verəndən bəri bu günə kimi Azərbaycan Türkiyəyə 140 nəfərlik xilasetmə dəstəsi, 1250 çadır, 700 yataq dəsti, 40 generator, 5 min yorğan, 40 dəst mətbəx avadanlığı, 2 səhra mətbəxi göndərib. Açıqlanmış siyahıda ikinci yeri Fransa, üçüncü yeri isə Rusiya tutur. Onlarla ölkənin əks olunduğu bu siyahıda İsrail də var.

 

Türkiyə mətbuatının yazdığına görə Azərbaycan Van zəlzələsi ilə əlaqədar həm də Türkiyəyə ilk yardım edən ölkədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar