SON XƏBƏRLƏR

Ermənilər kürdləri yaşadıqları bölgədən çıxarır

2021.10.20, 07:36
Ermənilər kürdləri yaşadıqları bölgədən çıxarır

Gunaz.tv

GünAz TV: «Daşnaqsutyun» partiyasının Livandakı (Lübnan) strukturu (yapı, saxtar) yerli kürdlərdən Beyrutun bir sıra yaşayış məhəllələrindən çıxmalarını tələb edib.

 

Bu barədə Milli.Az xəbər portalı tert.am saytına istinadən xəbər yayıb.

 

Livanda fəaliyyət göstərən kürd təşkilatlarından birinin rəhbəri Mahmud Sivala bildirib ki, ermənilər sıx məskunlaşdıqları məhəllələrdən kürdləri qovurlar. Bu, Burc Hamud, Doran və Nebaan məhəllələridir.

 

«Onlar iddia edir ki, kürdlər Suriyadakı antihökumət aksiyalarında (yürüşlərində) iştirak etməklə Beyrutda sakitliyi pozur. Ermənilər kürdləri narkotik (müxəddir) maddələrdən istifadədə və daim qanunu pozmaqda da günahlandırır», - deyə Sivala bildirib.

 

Livan partamentinin «Daşnaqsutyun»dan olan deputatı (millət vəkili)  Akob Baqratuni isə baş verənlərin «siyasi məsələ olmadığını» iddia edib: «Bu, bəzi məhəllələrdə kürdlərin əməllərilə bağlı yaranmış təhlükəsizlik problemilə bağlıdır».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar