SON XƏBƏRLƏR

Bəşər Əsəd Qərbə xəbərdarlıq edib

2021.10.20, 07:36
Bəşər Əsəd Qərbə xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: Suriya prezidenti Bəşər Əsəd xəbərdarlıq edib ki, Qərb Suriyaya müdaxilə etsə, bu "zəlzələ" ilə nəticələnəcək.

Britaniyanın Sunday Telegraph qəzetinə danışan prezident Əsəd deyib ki, "Qərbin müdaxiləsi Suriyanı yeni bir Əfqanıstana çevirə bilər".

Onun açıqlamaları BMT (Birləşmiş Millətlər Təşkilatı) Baş Katibinin Suriyada repressiyalara (sərkublara) son qoymaq barədə yeni çağırışına təsadüf edib.

Hər 2 tərəfdən gələn xəbərlərə görə, şənbə günü Suriyada iğtişalarda azı 50 mülki vətəndaş və təhlükəsizlik qüvvələrinin əməkdaşı öldürüllüb.

Fəallar 21 mülki vətəndaşın öldüyündən xəbər verirlər. Onların məlumatına görə, Homs şəhərinin tarixi əhəmiyyətə malik olan mərkəzi hissəsi tanklardan atəşə tutulub.

Hökümət isə Homs şəhərində 20 əsgərin öldüyünü xəbər verib. Suriyanın İdib vilayətində busquya düşən təhlükəsizlik qüvvələrinin itkiləri 10 nəfər təşkil edib.

Mart ayından bəri Bəşər Əsəd höküməti əleyhinə çıxış və nümayişlər başlayandan Suriyada 3000-dən artıq adamın öldüyü iddia edilir.

Sunday Telegraph qəzetinə müsahibəsində qeyd edib ki, Qərb tərəfindən Suriyaya təzyiq getdikcə artır.

"Suriya regionda (bölgədə) bir qovşaq rolu oynayır. Suriyanı tərpətsələr bu zəlzələ ilə nəticələnər", Bəşər Əsəd deyib.

Suriya prezidentinin qənaətincə, Suriyanı parçalamaq planı (tərhi) bütöv bölgəni parçalamaq deməkdir.

"Sizə yeni bir Əfqanıstan, daha 10 yeni Əfqanıstan lazımdır?", Bəşər Əsəd qəzet vasitəsilə Qərbə müraciət şəklində sual edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar