SON XƏBƏRLƏR

Şimali Koreya da «Ərəb baharı»ndan qorxuya düşüb

2021.10.20, 07:36
Şimali Koreya da «Ərəb baharı»ndan qorxuya düşüb

Gunaz.tv

GünAz TV: Şimali Koreyanın (Quzey Korə) lideri Kim Jonq qiyamçı fikirlərin ölkəyə daxil olmaması üçün Liviyada (Libidə) işləyən koreyalıların ölkəyə qayıtmasına icazə vermir.

 

Məlumata görə, informasiya blokadası (mühasirə) səbəbindən Şimali Koreya vətəndaşlarının Şimali Afrika və Yaxın Şərq ölkələrində baş verən inqilablardan xəbəri yoxdur. İnqilab fikrinin ölkəsinə sıçramasından ehtiyatlanan Kim Jonq Liviyada tibb, inşaat və s. sahələrdə çalışan vətəndaşlarını ölkəyə buraxmaması səbəbindən 200-ə yaxın koreyalı Liviyadakı vətəndaş müharibəsi zamanı orada çətin günlər keçiriblər.

 

Türkiyə mətbuatının “The Korea Herald” qəzetinə istinadən verdiyi məlumata görə, Şimali Koreyada ölkə vətəndaşları dünyada baş verən hadisələrin heç 1 faizindən də xəbərdar deyil. Dünyanın ən qaynar hadisələrindən xəbər tutmayan bu insanlar polkovnik (sərhəng)  Müəmmər Qəzzafinin üsyançılar tərəfindən öldürülməsindən də məlumatsızdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar