SON XƏBƏRLƏR

Prezident büdcə pullarının yuyulmasında şübhəli bilinir

2021.10.20, 07:36
Prezident büdcə pullarının yuyulmasında şübhəli bilinir

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejad iqtisadi cinayətdə iştirakda şübhəli bilinir.

 

Gün.Az RBK-ya istinadən xəbər verir ki, ölkə parlamenti ölkə başçısını büdcə pullarının yuyulması ilə bağlı iş üzrə istintaqa cəlb etməyi planlaşdırır (tərhini tökür).

 

 Bundan əvvəl 73 parlamentari (parleman üzvü) ölkənin İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı dələduzluqda iştirak ittihamına əsaslanaraq prezidentin sorğu-sual edilməsi tələbi ilə müştərək ərizə vermişdi.

 

 İqtisadi idarə 2,6 milyon dollar büdcə vəsaitinin yuyulmasında şübhəli bilinir. Dələduzluq işi dövlət şirkətlərinin alınması üçün İranın ən azı iki dövlət bankından kreditin (vamın) alınmasından ötrü saxta sənədlərdən istifadə ilə əlaqədardır. Bununla bağlı olaraq iqtisadiyyat naziri Şəmsəddin Hüseyni noyabrın (November) 1-dən vəsifəsindən kənarlaşdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar