SON XƏBƏRLƏR

Abbas Lisaninin həyat yoldaşının müraciətlərinə baxılmır

2021.10.20, 07:36
Abbas Lisaninin həyat yoldaşının müraciətlərinə baxılmır

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin Həyat yoldaşı və bir qrup azərbaycanlı fəal Abbas bəyə vəkil tutmaq istəyirlər.

 

Onlar İki həftədən çox çoxdur bununla uğraşır, Ərdəbilin İnqilab Məhkəməsi və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə müraciət edirlər. Lakin bu günə qədər öz məqsədlərinə nail olmayıb və qaneedici cavab almayıblar.

 

Abbas bəyin yaxınlarından əldə etdiyimiz məlumata görə, xanım Ruqəyyə Lisani İnqilab Məhkəməsinə müraciət etdiyi zaman  məsullarının kobud rəftarı ilə üzləşir və hətta son 1 həftədə məhkəmə keşikçisi onu idarəyə buraxmır.

 

Həmçinin xanım Ruqəyyə Lisani ETTELAAT idarəsindəndə cavab ala bilmədiyi üçün saatlarca idarənin qapısında gözləməli olur. Buna baxmayaraq, həç bir məlumat əldə edə bilmir. Son məlumata görə, ETTELAAT məmurları onu təhdid ediblər ki, bir daha idarənin qapısına gələrsə onu saxlaya bilərlər.

 

Xatırladaq ki, günümüzə qədər Abbas Lisani dəfələrcə uzun müddətli həbslərə məruz qalıb və saxlanıldığı ağır şəraitdən dolayı səhhətində ciddi problemlər yaranıb. O, son dəfə sentyabrın 9-u (şəhrivərin 18-i), Urmu Gölü ilə bağlı kütləvi yürüşlərin getdiyi bir zamanda Ərdəbil ETTELAATı tərəfindən tutuqlanıb, hələdə qanunsuz olaraq təknəfərlik kamerada (sellul) saxlanılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar