SON XƏBƏRLƏR

Azərbaycanlı fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAZ TV: Azərbaycanlı fəal Sirus Qohəri Güney Azərbaycanın Qoşaçay (Minadoab) şəhərinin zindanından azadlığa buraxılıb.

 

Pantürkizm və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 illik həbsə məhkum edilən Qohəri, artıq məhkumluq dövrünü geridə qoyub.

 

O, həbs müddətini Soyuqbulaq (Mahabad) və Qoşaçay şəhərlərinin zindanlarında keçirib.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncə də müxtəlif formalarda İran rejiminin təzyiqlərinə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar