SON XƏBƏRLƏR

İran mərkəzi bankının rəis müavini mali qalmaqalla əlaqədar tutuqlanıb

2021.10.20, 07:36
İran mərkəzi bankının rəis müavini mali qalmaqalla əlaqədar tutuqlanıb

Gunaz.tv

GünAz TV: İran Mərkəzi Bankının rəis müavini Seyid Həmid Purməhəmmədi tutulub. Həbs İranın bank sistemi tarixində baş vermiş ən böyük bank oğurluğu ilə əlaqələndirilir.

 

2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.

 

Oktyabrın 27-də jurnalistlərə açıqlama verən İranın baş prokuroru (dadistan-i koll) Qulamhüseyn Möhsüni Ejei bank oğurluğu ilə bağlı 33 nəfərin tutulduğunu bəyan edib.

 

İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri bu qalmaqala görə ötən ay istefaya gedib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar