SON XƏBƏRLƏR

Libidə əməliyyatlar dayandırdı

2021.10.20, 07:36
Libidə əməliyyatlar dayandırdı

Gunaz.tv

GünAz TV: BMT TŞ (Birləşmiş Millətlər Təşkilatının Təhıükəsizlik Şurası) oktyabrın (October) 27-də keçirdiyi toplantıda NATO-nun Liviyadakı (Libidəki) əməliyyatlarının dayandırılması barədə yekdilliklə qərar qəbul edib.

TŞ-nin 15 üzvü həmçinin Liviya hava məkanında tətbiq edilən uçuşa yasaq zonanın ləğvinə də səs verib.

Liviyaya qarşı tətbiq olunan silah embarqosu (təhrim) da yumşaldılacaq. Liviya neft şirkətlərinin, banklarının və dövlət orqanlarının xaricdə saxlanılan və daha əvvəl dondurulmuş aktivləri sərbəst buraxılıb. Liviya təyyarələrinə beynəlxalq uçuşlar həyata keçirmək icazəsi də verilib. «Liviyada yerinə yetiriləcək başqa bir öhdəlik qalmayıb, tələb olunacağı təqdirdə isə demokratiyaya keçid mərhələsində müdafiə və təhlükəsizlik məsələlərində NATO Liviya hökumətinə yardım edə bilər». Bunu isə NATO-nun baş katibi Anders Foq Rasmussen Berlində Almaniya kansleri (sədr-i əzəm) Anqela Merkellə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bəyan edib. NATO-nun Liviyadakı əməliyyatının indiyədək ən uğurlu əməliyyatlardan biri olduğunu bildirən Anders Foq Rasmussen, Qəzzafi rejiminin süqutundan sonra Liviya xalqının öz taleyini müəyyənləşdirə biləcəyini deyib. Rasmussen həmçinin NATO və müttəfiq ölkələrin Liviyadakı əməliyyatı oktyabrın 31-də rəsmi olaraq dayandıracaqlarını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar