SON XƏBƏRLƏR

Prezident postunun ləğvi ölkə konstitusiyasına (Anayasa) zidd edyil

2021.10.20, 07:36
Prezident postunun ləğvi ölkə konstitusiyasına (Anayasa) zidd edyil

Gunaz.tv

GünAz TV: Oktyabrın (October) 27-də jurnalistlərə açıqlama verən Konstitusiyaya (Anayasa) Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi prezident postunun ləğv olunması təklifinə mövqe açıqlayıb.

GünAz TV  mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Abbasəli Kədxudayi İranda prezident postunun ləğv edilərək icra hakimiyyəti rəhbərliyinin parlamentin seçdiyi şəxsə tapşırılmasının məqsədəuyğun olduğunu bildirib: “Prezident postunun ləğvi, onun yerinə parlament sisteminin bərqərar olunması ölkə konstitusiyasına zidd addım deyil”.

Sentyabrın (September) 21-də İran parlamentinin mühafizəkar deputatı (millət vəkili) Həmidrza Katuziyan ölkədə prezident postunun ləğv edilməsi, baş nazir postunun bərpa olunması ətrafında danışıqlar getdiyini açıqlayıb.

Oktyabrın 16-da Kirmanşah şəhərində tələbələr qarşısında çıxış edən İranın dini lideri ayətullah Əli Xamneyi gələcəkdə ölkədə prezident postunun ləğv olunmasının mümkünlüyündən danışıb. Xamneyi deyib ki, prezident postunun ləğv olunub baş nazir postu ilə əvəz edilməsində heç bir problem görmür.

İranın sabiq prezidenti, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncani oktyabrın 24-də jurnalistlərə açıqlamasında ölkədə prezident postunun ləğv edilməsinin konstitusiyaya zidd olduğunu bəyan edib.

Rəfsəncani deyib ki, prezident postunun ləğvi və parlament sisteminin bərqərar olunması xalqın seçim imkanını zəiflədəcək: “İranda parlament sisteminin gerçəkləşdirilməsi respublika (cümhuriyyət) quruluşunun mahiyyətində dəyişiklik edilməsindən asılıdır. Bu isə xalqın seçim imkanını və respublika üsul-idarəsini zəiflətdiyinə görə konstitusiyaya zidd addımdır. Güman edirəm ki, rəhbərin də nəzərdə tutduğu bu deyildi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar