SON XƏBƏRLƏR

Bu gün Qardaş ölkədə Cümhuriyyət Bayramıdır

2021.10.20, 07:36
Bu gün Qardaş ölkədə Cümhuriyyət Bayramıdır

Gunaz.tv

GünAz TV: Türkiyənin dörd bir tərəfindən gələn xalq təmsilçiləri – millət vəkilləri 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisinin binasına toplaşırlar.

1914-cü ildə başlayan Birinci Dünya Müharibəsində müttəfiqləri ilə birlikdə məğlub olan Osmanlı İmperatorluğunun torpaqlarını İngiltərə, Yunanıstan, Fransa və İtaliya öz aralarında paylaşdırmaqla bağlı razılığa gəlib. Böyük öndər, general Mustafa Kamal 1919-cu il mayın (March) 19-da Samsuna gedib, Ərzurum və Sivasda konfranslar keçirir. O, çıxışlarında “Yeganə iradə millətindir, ölkəni yenə millətin gücü qurtaracaq!” ifadəsini dilə gətirir.

Türkiyənin dörd bir tərəfindən gələn xalq təmsilçiləri – millət vəkilləri 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisinin binasına toplaşırlar. Məclis Mustafa Kamal Paşanı sədr seçir və Mustafa Kamal Paşanın rəhbərliyi altında Qurtuluş Savaşı başlayır. İşğal olunmuş torpaqlar işğalçılardan azad edilir, Osmanlı padşahı da yaxın ətrafı ilə xaricə qaçır. Lozanna sülh müqaviləsi ilə Türkiyənin yeni sərhədləri müəyyənləşir.

İkinci dönəm Türkiyə Böyük Millət Məclisi ilk iclasını 11 avqust (August) 1923-cü ildə keçirir. Oktyabrın 13-də Ankara paytaxt elan olunur. Atatürk düşmən ölkə sərhədlərindən kənara atılıb, sərhədlər müəyyənləşəndən sonra Türkiyədə hansı idarəçilik rejiminə üstünlük verilməli olduğu barədə düşünən Mustafa Kamal Paşa oktyabrın 28-də yaxın dostlarını Çankayada yeməyə dəvət edir və onlara ertəsi gün cümhuriyyətin elan olunacağını söyləyir. Atatürkün çoxdan bəri bu barədə düşündüyünü bilən dostları buna təəccüblənmirlər. Oktyabrın 29-da Atatürk millət vəkilləri ilə görüşdükdən sonra hazırlanan Konstitusiya (Anayasa) qanunu layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olunur. Sənəddə qeyd olunur ki, Türkiyə Dövləti cümhuriyyətdir, Böyük Millət Məclisi tərəfindən idarə olunur.

Oktyabrın 29-da Böyük Millət Məclisinin iclası saat 18:45-də açılır və layihə qəbul olunur. Saat 20:30 radələrində cümhuriyyət elan olunur. Türkiyə Böyük Millət Məclisi cümhuriyyətin elan edilməsindən sonra cümhuriyyətin ilk prezidentini seçir. Parlamentin həmin iclasında Atatürk Türkiyənin ilk prezidenti olur. Parlamentdə çıxış edən Atatürk çıxışını bu sözlərlə bitirir: “Türkiyə Cümhuriyyəti dünyada tutduğu mövqeyə layiq olduğunu sübut edəcək. Türkiyə Cümhuriyyəti xoşbəxt, qalib olacaq”.

Qeyd edək ki, Türkiyə Nazirlər Kabineti Vanda baş verən 7,2 ballıq zəlzələ və insan tələfatı ilə əlaqədar olaraq oktyabrın 29-da Türkiyədə nəzərdə tutulan təntənəli rəsmi tədbirlərin keçirilməməsi barədə qərar verib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, məktəblərdə də tədbirlər keçirilməyəcək. Qərara görə, bayramda yalnız çələnglər qoyulacaq, təbriklər qəbul ediləcək. Oktyabrın 29-da İstanbulun Bağdad prospektində (xiyabanda) yürüş olacaq. Yürüşdə iştirak edən insanlar Hakkarinin Çukurca rayonunda şəhid olan 24 əsgər ilə Van zəlzələsində həyatını itirənlərin xatirəsinə qara geyinəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar