SON XƏBƏRLƏR

Suriyada qırğın davam edir: “Toqquşmalarda ölənlərin sayı 40 nəfərə çatıb”

2021.10.20, 07:36
Suriyada qırğın davam edir: “Toqquşmalarda ölənlərin sayı 40 nəfərə çatıb”

Gunaz.tv

GünAz TV: Dünən Suriyada antihökumət çıxışlarının yatırılması zamanı ölənlərin sayı 40 nəfərə çatıb.

Gün.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hüquq mühafizəçiləri məlumat yayıblar.

Bunadək 35 nəfərin öldüyü bildirilirdi.

Agentliyin (ajansın) məlumatına görə, nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma zamanı ölənlərin hamısı Həma və Homs şəhərlərində və ya bu şəhərlər ətrafında ölən dinc sakinlərdir.

Hüquq mühafizəçiləri hesab edirlər ki, cümə günü baş tutan toqquşma ölkədə xalq hərəkatının başladığı vaxtdan ən qanlı toqquşmalardan biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar