SON XƏBƏRLƏR

Ermənistanda doğum səviyyəsi düşür

2021.10.20, 07:36
Ermənistanda doğum səviyyəsi düşür

Gunaz.tv

GünAz TV: Ermənistanda cari ilin birinci yarısında ötən illə müqayisədə doğum səviyyəsi 4.4 faiz aşağı düşüb.

“2012-ci ildə Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması proqramı” üzrə aparılan araşdırmaların nəticələrinə görə, ilin birinci yarısında Ermənistanda 22 min 102 uşaq dünyaya gəlib.

Bu, ötən ilin eyni müddəti ilə müqayisədə 4,4 faiz azdır.

Eyni zamanda cari il ərzində ölüm hallarının 3 faiz artdığı və təxminən 14,7 min təşkil etdiyi bildirilir.

Bu layihə Ermənistan hökumətinin gündəliyinə 2009-cu ilin yazında daxil edilmişdi.

Səbəblər

O zaman Ermənistan hökuməti doğum sayının 2009 və 2010-cu illərdə təxminən 1 faiz artmasını yeridilən siyasətiylə: uşağın doğulması ilə bağlı birdəfəlik maddi yardımın artırılması ilə əlaqələndirirdisə, hal hazırda müşahidə olunan mənfi balansın səbəbləri izah olunmur.

Müstəqil ekspertlər (karşünas) bu təmayüllərin əsas səbəbinin işsizlik olduğunu bildirirlər.

Bundan başqa, korrupsiya (fəsade mali), sosial və hüquqi bərabərsizlik göstərilir.

Daşnaksutyun parlament fraksiyasının (fraksyyon) üzvü xanım Lilit Qalstyan Milli Məclis üzvlərinin hökumət nümayəndələri ilə görüşü zamanı hər il ölkəni tərk edənlərin 30 minini geri qayıtmadığını bildirib.

Onların əksəriyyətinin 18-65 yaşlı adamlar olduğunu qeyd edərək, millət vəkili deyib ki, bu proses (sürəc) davam etsə, “30 ildən sonra Ermənistan əhalisinin sayı milyon yarımdan da az olacaq”. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar