SON XƏBƏRLƏR

Ermənistan Azərbaycanın uğurundan qorxuya düşüb

2021.10.20, 07:36
Ermənistan Azərbaycanın uğurundan qorxuya düşüb

Gunaz.tv

GünAz TV: Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan bildirib ki, Azərbaycanın BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi erməni diplomatiyasının bağışlanılmaz uğursuzluğu, Ermənistan XİN-nin (xarici işlər nazirliyinin) iflasıdır.

 

"Yerkir.am" saytının məlumatına görə, o deyib ki, Ermənistan XİN-i Azərbaycanın seçilməsinin qarşısını almaq üçün əlindən gələni etməli idi: "Həlledici olan növbəti 2 il ərzində bu səhvin acı nəticələrinin şahidi olacayıq".

Bu uğursuzluğun məsuliyyətini şəxsən Ermənistan XİN-nin başçısı Edvard Nalbandyanın daşımalı olduğunu deyən politoloqun fikrincə, o, nazir postundan istefa verməlidir. Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar