SON XƏBƏRLƏR

Meksikada dahi şairimiz Nizami Gəncəvinin heykəli ucaldılır

2021.10.20, 07:36
Meksikada dahi şairimiz Nizami Gəncəvinin heykəli ucaldılır

Gunaz.tv

GünAz TV: Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi (ildönümü) çərçivəsində Meksikanın Akapulko şəhərində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin təntənəli təməlqoyma mərasimi keçirilib.

GünAz TV mətbuat mərkəzinin Trend-ə istinadən yaydığı məlumata görə, bu barədə cümə günü Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Məlumata görə, mərasimdə səfir İlqar Muxtarov, Meksikanın Qerrero ştatının (Akapulko şəhərinin daxil olduğu əyalət) turizmin inkişafı naziri Xuan Salqado, Akapulko şəhər hökumətinin sosial inkişaf naziri Oskar Ranxel Miravete, Meksikada tanınmış yazıçı Manu Donvier, səfirliyin əməkdaşları və Akapulko şəhərinin sakinləri iştirak ediblər.

 

Natiqlər Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin şəhərin gələcək simvollarının birinə çevriləcəyindən əminliklərini bildiriblər.

 

Daha sonra səfir İlqar Muxtarov Qerrero ştatı (əyaləti) və Akapulko şəhərinin qeyd edilən rəsmiləri ilə birgə Nizami Gəncəvinin heykəlinin təməlinə ilk daşın qoyulması mərasiminə qatılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar