SON XƏBƏRLƏR

İran rəsmisi Urmu Gölünə su kəmərinin çəkiləcəyini bildirib

2021.10.20, 07:36
İran rəsmisi Urmu Gölünə su kəmərinin çəkiləcəyini bildirib

Gunaz.tv

GünAz TV: Oktyabrın 27-də jurnalistlərə açıqlama verən İran Ətraf Mühit Təşkilatının rəisi Məhəmmədcavad Məhəmmədizadə qurumaqda olan Urmiya gölündən danışıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə,  Məhəmmədcavad Məhəmmədizadə deyib ki, Urmu gölünün su ilə təmin olunması üçün Kürdüstan əyalətindən (ostanından) bu gölə kəmər çəkilməsi nəzərdə tutulub: “Kəmərin uzunluğu 140 kilometr olacaq”.

 

 Urmu gölünə Araz çayından da su çatdırılması planından (tərhindən) danışan Məhəmmədizadə bu haqda araşdırma aparıldığını vurğulayıb: “Energetika (enerji) Nazirliyi bu planın mümkün olub-olmadığını araşdırır. Lakin əvvəlcə bu çaydan bizim payımıza düşən suyun miqdarını müəyyənləşdirmək lazımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar