SON XƏBƏRLƏR

Suriyanın parçalanmış ordusu qarşı-qarşıya dayanıb

2021.10.20, 07:36
Suriyanın parçalanmış ordusu qarşı-qarşıya dayanıb

Gunaz.tv

GünAz TV: Müxalifətin tərəfinə keçmiş qüvvələri hökumət tərəfdarlarını raket zərbələrinə məruz qoyur.

Suriya müxalifəti fəallarının bildirdiyinə görə, ölkənin müxtəlif bölgələrində Bəəs qüvvələri 12-si Xums şəhərində olmaqla ən az 15 dinc vətəndaşı qətlə yetirib. Suriya İnsan Haqları Müşahidə Təşkilatı həmçinin Hama şəhərinin ətrafında raket zərbəsi nəticəsində Suriya ordusunun 11 əsgərinnin öldüyünü açıqlayıb. Təşkilat xəbər verib ki, bu raket zərbəsinin arxasında müxalifətin tərəfinə keçmiş hərbi qüvvələr dayanır.

İnsan Haqları Müşahidə Təşkilatı Ərəb Birliyindən xahiş edib ki, təhlükəsizlik qüvvələrinin əməllərini araşdırmaq məqsədilə müstəqil mülki müşahidəçilərin Suriyaya daxil olmasına icazə verməsi üçün Bəşər Əsədi razı salsın.

Bu arada Əsəd tərəfarları Dəməşqdə nümayiş təşkil ediblər. Müxalifət isə ümumi tətil çağırışı ilə çıxış edib. Tətilə Xums və bir sıra başqa şəhərlərdə dəstək verildiyi bildirilir.

Qeyd edək ki, Suriyada mart ayından başlayan zorakılıq dalğası nəticəsində 3 mindən artıq adam həyatını itirib. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar