SON XƏBƏRLƏR

Nasir Derazşəmşirin azadlığı üçün “petition”...

2021.10.20, 07:36
Nasir Derazşəmşirin azadlığı üçün “petition”...

Gunaz.tv

GünAz TV: Azərbaycanlı mədəni fəal cənab Nasir Derzaşəmşiri İran rejiminin təcridxanasından qurtarmaq uğrunda “petition” düzənlənib.

 

Bu məktubu amzalamaqla adını çəkdiyimiz soydaşımızın azad edilməsi  uğrunda müsbət bir addım ata bilərsiniz:

 

http://www.gopetition.com/petitions/free-naser-derazshamshir-aydin-mughanli.html

 

Xatırladaq ki, Cənab Derazşəmşir 2011-ci il avqust ayının 6-ı (mordad ayının 15-i) Muğanın Cəfərabad qəsəbəsində tutuqlanıb və dərhal Təbrizin ETTELAAT şöbəsinə aparılıb. Tutulduğu gündən bəri təknəfərlik kamerada saxlanılan Derazşəmşirlə, bir neçə dəqiqəlik anası ilə görüşdən başqa heç bir mülaqata icazə verilmir.

 

Onun ailəsinə yaxalanmasının səbəbi ilə bağlı da heç bir məlumat verilmir. O, bu müddətdə vəkil tutmaq hüququndan da məhrum olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar