SON XƏBƏRLƏR

Vaşinqton Tehranda virtual səfirlik açacaq – Müsahibə / VİDEO

2021.10.20, 07:36
Vaşinqton Tehranda virtual səfirlik açacaq – Müsahibə / VİDEO

Gunaz.tv

GünAz TV: ABŞ Dövlət katibi (Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri) bildirib ki, Vaşinqton İranın internet kommunikasiyaları (internet irtibatları) üzərində qoyduğu əngəlləri aradan qaldırmaq üçün iranlılara imkanların verilməsi yollarını axtarır.

ABŞ Dövlət katibi Hillari Klinton “Amerikanın səsi”nə müsahibə zamanı deyib ki, o, İranda diktatura olduğunu düşünür. Xanım Klinton bildirib ki, Birləşmiş Ştatlar iranlıları onların azadlıq istəklərinin tamamilə legitim (məşru, qanuni) olduğuna əmin etmək istəyir.

ABŞ Dövlət katibi Amerikanın Səsinin fars xidməti PNN-nin Parazit proqramı üçün müsahibədə İran xalqına birbaşa müraciət edib. O deyib ki, Birləşmiş Ştatlar bu ilin sonuna qədər “Tehranda virtual (məcazi)  səfirlik” açacağına ümid bəsləyir. Dövlət katibinin sözlərinə görə, Amerika iranlılarla münasibətlərin yaxşılaşdırılmasını istəyir və iranlı tələbələri Birləşmiş Ştatlarda təhsil almağa təşviq edir. O bildirib ki, Vaşinqton İranın internet kommunikasiyaları üzərində qoyduğu əngəlləri aradan qaldırmaq üçün iranlılara imkanların verilməsi yollarını axtarır.

ABŞ Dövlət katibi BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) İrana qarşı sanksiyalarının (təhrimlərinin) rejimə təzyiq göstərərək, onun davranışını dəyişmək məqsədilə tətbiq edildiyini deyib. “İran hökumətinin nüvə silahı proqramı üzərində işlədiyi tamamilə aydındır. Sanksiyalar zəruri idi. Lakin bu, İran xalqını əziyyətlərə düçar etmək demək deyil”-deyə, o bildirib.  Xanım Klinton beynəlxalq ictimaiyyətin İranla nüvə proqramı ətrafında müzakirə apardığını əlavə edib.

 

Müsahibə zamanı dövlət katibi Klinton İranın Amerikada Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd cəhdinə dair ciddi dəlillərin olduğunu deyib. Onun sözlərinə görə, Vaşinqton İranın Qüds elit hərbi qüvvələrinin üzvü olan iki şübhəli şəxsi təhvil verəcəyinə ümid bəsləyir. O əlavə edib ki, Birləşmiş Ştatlar İranın İnqilab Keşikçilərinin (pasdarlarının) ölkədə müəyyən iqtisadi müəssisələri ələ keçirməsi kimi tendensiyanı (meyilləri) müşahidə edərək, bunu onun sözlərilə, İranın hərbi çevriliş yoluna sürüklənməsi kimi qiymətləndirir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar