SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili dinc müxalifləri müdafiə edib

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili dinc müxalifləri müdafiə edib

Gunaz.tv

GünAz TV: İran parlamentinin Təbriz, Üskü və Azərşəhrdən seçilən deputatı (millət vəkili) Şükür Əkbərnejad oktyabrın (October) 26-da fərqli əqidə və baxışlarına görə həbsə salınan siyasi məhbuslara qarşı rəftardan gileylənib.

Parlamentdə çıxış edən Şükür Əkbərnejad deyib: “Bütün problemlərin yeganə həll yolu qanunları hərtərəfli icra etmək, konstitusiyanın (Anayasanın) bütün maddələrinə və xalqın hüquqlarına riayət etməkdir. Ölkə konstitusiyasına görə, dövlət radio və televiziyası söz azadlığına riayət etməli, bütün düşüncələrə yer verməlidir. Lakin indi bu media qurumlarının müxtəlif və fərqli baxışlara önəm verməsi haqdakı iddiaya kim inanar?”.

Şükür Əkbər Nejad dolayı yolla İran müxalifətinin ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib: “Gəlin müxtəlif məsələlərdə inhisarçılıqdan və ifratçılıqdan əl çəkək və bizdən fərqli əqidə və düşüncə sahibi olanların həbsinə və ev dustaqlığına son qoymaqla xalqın sevincini bayram edək”.  “Media forum”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar