SON XƏBƏRLƏR

Amerika konqresində “İranın Amerika torpağında terrorçu əməliyyatları” adı altında tədbir keçirilib

2021.10.20, 07:36
Amerika konqresində “İranın Amerika torpağında terrorçu əməliyyatları” adı altında tədbir keçirilib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresində çərşənbə günü keçirilmiş dinləmələrdə İrana qarşı o cümlədən də bu ölkənin xüsusi xidmət orqanları rəhbərlərinin fiziki məhvinə yönəlmiş “məxfi əməliyyatların” keçirilməsi çağırışları səslənib.

“İranın Amerika torpağında terrorçu əməliyyatları” adını almış tədbirə bir sıra ekspertlər (karşünaslar), o cümlədən keçmiş hərbçi və xüsusi xidmət orqanlarının nümayəndələri dəvət olunub. 

 

 “Düşünmürəm ki, kimisə güllələməsək, bu insanları real şəkildə qorxutmaq, diqqətlərini cəlb etmək olar” – deyə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Ryüel Mark Gerekt dinləmələrdə bildirib. 

 

 “İslam inqilabı keşikçiləri korpusunun (Sepah) bu əməliyyata aidiyyatı olduğunu hesab ediriksə, o zaman Həsam Süleymanini (“əl-Qüds” xüsusi xidmət orqanının rəhbəri) məsuliyyətə cəlb etmək lazımdır – deyə, Gerekt bildirib. – O çox səyahət edir. Ya onu ələ keçirməyə, ya da məhv etməyə cəhd göstərmək lazımdır”. 

 

 “Nə üçün biz 30 ildən artıq bir müddətdir ki vətəndaşlarımızın qətlini təşkil edən “əl-Qüds” liderlərinə bunu davam etdirməyə imkan veririk? – ehtiyatda olan general Keyn sual verib. – Bu halda nə üçün biz onları öldürmürük? Biz ki, Birləşmiş Ştatlara qarşı terror təşkilatlarına rəhbərlik edənləri məhv edirik”. Gün.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar