SON XƏBƏRLƏR

Mərhum Mühəndis Əmani Təbriz zindanında anılıb

2021.10.20, 07:36
Mərhum Mühəndis Əmani Təbriz zindanında anılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəallar Təbriz zindanında tanınmış milli-mədəni fəal mərhum mühəndis Qulamrza Əaminin vəfatının 3-cü ildönümünü anıblar.

 

Qardaşları ilə birlikdə şübhəli şəkildə həyatını dəyişən Əmaniyə həsr olunmuş anım mərasimi, dünən (oktyabrın 26-da , mehrin 4-də) baş tutub.

 

Qeyd edək ki, İranda azərbaycan türklərinin hüquqları uğrunda mübarizənin tanınmış simalarından biri Qulamrza Əmani 2008-ci il oktyabrın (October) 23-ü axşam saatlarında avtomobil qəzasında qardaşları ilə birlikdə həlak olub.  Qəza Təbriz yaxınlığında baş verib: «Avtomobil böyük tutumlu yük maşını ilə toqquşub. Onunla birgə maşında olan dörd nəfərin hamısı ağır yaralanıb. Onları Təbrizin mərkəzindəki İmam Rza xəstəxanasına çatdırsalar da, Qulamrza Əmani və qardaşının həyatını xilas etmək mümkün olmayıb».

 

Xatırladaq ki, mərhum əmani milli zəmindəki fəaliyyətlərinə görə, ömrünün ən gözəl illərini həbsdə keçirib. O, ilk öncə 5 il müddətinə  yaxın həbs edilib. Sonra isə 1385-ci il xordad hadisələri (2006-cı il may hadisələri) zamanı tutuqlanıb və 2 ay müddətinə yaxın həbs edilib. O, bunlardan başqada 10 dəfə tutuqlanıb və qısa müddət saxlanılıb.

 

ALLAH rəhmət eləsin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar