SON XƏBƏRLƏR

Azərbaycanlı fəal İslam Əliəkbərlu tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal İslam Əliəkbərlu tutuqlanıb

Gunaz.tv

GünAz TV: azərbaycanlı fəal İslam Əkbərlu Güney Azərbaycanın Xoy şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb.

 

Oktyabrın 26-ı (abanın 4-ü) Xoy şəhərinin Qumsal meydanında yaxalanan Əkbərlu naməlum istiqamətə aparılıb.

 

Qeyd edək ki, təhlükəsizlik qüvvələri sentyabrın 26-ı (mehrin 4-ü), mərhum Cəfərzadə ailəsinin dəfn mərasimi zamanı adını çəkdiyimiz milli-mədəni fəalı, qardaşı Armanla birlikdə tutduqdan sonra onun iş yerinə hücum edib və axtarış aparılmışdılar. Axtarış nəticəsində azərbaycanlı fəala aid kompüter və bir sıra şəxsi əşya zəbt edilmişdir.

 

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal bundan öncədə dəfələrlə təzyiqlərə məruz qalıb və tutuqlanıbdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar