SON XƏBƏRLƏR

İranın Səhiyyə Naziri: “Bütün əyalətlərdə qadınlar üçün ayrıca xəstəxanalar olmalıdır”

2021.10.20, 07:36
İranın Səhiyyə Naziri: “Bütün əyalətlərdə qadınlar üçün ayrıca xəstəxanalar olmalıdır”

Gunaz.tv

GünAz TV: İranın səhiyyə naziri Mərziyə Vəhid Dəstcerdi ölkənin bütün əyalətlərində (ostanlarında) qadınlar üçün ayrıca xəstəxanaların yaradılmasını vacib sayır.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, oktyabrın (October) 25-də jurnalistlərə açıqlama verən Mərziyə Vəhid Dəscerdi deyib ki, xəstə qadınların rahatlığı üçün hər əyalətdə qadınlar üçün bir neçə xəstəxananın açılması vacibdir: “Xoşbəxtlikdən hazırda Tehranda 3 xəstəxana, yəni “Arəş”, “Mirzə Kuçekxan” və “Məhdiyə” xəstəxanaları məxsusi olaraq qadınlara qulluq göstərir. Bu xəstəxanaların müxtəlif bölmələri hər cür avadanlıqla təmin olunub. Bu isə ona görədir ki, xəstələrin analiz vermək üçün başqa tibb mərkəzlərinə müraciət etməsinə ehtiyac qalmasın”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar