SON XƏBƏRLƏR

İlham Əliyev İzmirdə 5 milyard dollarlıq Neft Zavodunun (karxanəsinin) təməlqoyma mərasiminə qatılıb

2021.10.20, 07:36
İlham Əliyev İzmirdə 5 milyard dollarlıq Neft Zavodunun (karxanəsinin) təməlqoyma mərasiminə qatılıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Prezidenti İlham Əliyev ARDNŞ-in neft-kimya müəssisəsinin təməlqoyma mərasimində iştirak edib.

Prezident İlham Əliyev oktyabrın (October) 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İzmirdə keçiriləcək ilk iclasında və ARDNŞ-in yeni neft-kimya müəssisəsinin təməlqoyma mərasimində iştirak etmək üçün dünən İzmirə gedib.

 

Prezidenti səfərdə sənaye və energetika naziri Natiq Əliyev, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, müdafiə naziri, general-polkovnik (sərhənge koll) Səfər Əbiyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müşayiət edirlər. Azərbaycan prezidentini Çiğli aeroportunda (hava limanı) Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qarşılayıb. İzmir vilayətinin Əliağa rayonu (məntəqəsi) ərazisində “Petkim”in ortaqları olan ARDNŞ və “Turcaz”in birgə inşa edəcəyi neft-kimya müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə R. T. Ərdoğan və İ. Əliyev mərasimdə çıxış ediblər.

Qeyd edək ki, Türkiyənin Əliağa bölgəsində “Petkim”ə məxsus istehsal sahəsində tikiləcək Ege Neft Emalı Zavodunun “karxanə” (“Star Rafinerisi”) inşası təqribən 5 mlrd. dollara başa gələcək. İllik emal gücü 10 mln. ton olan zavodda (karxanədə) əsasən «Petkim»in tələbatı olduğu məhsullar istehsal ediləcək. Yeni zavodun tikintisi zəruri olan kimya xammalının idxalını 30% azaldacaq və Türkiyə və regionun (məntəqəsinin)  neft məhsulları bazarına çıxmaq imkanları yaradacaq. Zavodun ilk qurğularının tikintinin başlanmasında 3 il sonra işə salınması nəzərdə tutulur.

2015-ci ildən sonra isə ARDNŞ-in «Petkim»ə yatırımlarının 2-ci mərhələsi başlayacaq. Bu işlər çərçivəsində şirkətin neft-kimya məhsullarının istehsalı həcmi ildə 3 mln. tondan 6 mln. tona, şirkətin satış həcmi isə həmin müddətdə 20 mlrd. dollara çatdırılacaq.

Buna paralel (muvazi) olaraq enerji sektoruna (enerji nəxşi, sahəsi) da investisiya (sərmayə qoymaq, yatırım) yatırılacaq və bunun hesabına 2020-ci ilə qədər qurumun 1 000 MVt enerji istehsalı gücü yaradılacaq. Bütün bunlar nəticəsində ARDNŞ Türkiyənin sənaye sektorunda ən böyük investora (sərmayə yatıran) çevriləcək. Yeni müsavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar