SON XƏBƏRLƏR

Moldova hakimiyyəti Ermənistana silah satdığı üçün Azərbaycandan üzr istədi

2021.10.20, 07:36
Moldova hakimiyyəti Ermənistana silah satdığı üçün Azərbaycandan üzr istədi

Gunaz.tv

GünAz TV: Moldova Ermənistana silah satdığı üçün Azərbaycandan üzr istəyib.

Məlumata görə, Varşavada keçirilən Şərt Tərəfdaşlığı sammiti (zirvə görüş) çərçivəsində Moldovanın baş naziri Vlad Filat Azərbaycanın dövlət başçısı İlham Əliyevə öz üzürxahlığını çatdırıb. "1news.az"ın məlumatına görə, bu barədə jurnaluistlərə açıqlamasında Moldavanın Azərbaycandakı səfiri İqor Bodyu verib.

 

 Diplomat Moldova tərəfindən həqiqətən də Ermənistana 3 milyon dollar dəyərində silah satıldığını təsdiqləyib və bu faktı (gərçəyi) səhv siyasi addım adlandırıb. "Düzdür, Ermənistana silah satışının qadağan edilməsi ilə bağlı beynəlxalq sanksiya (təhrim) yoxdur", deyə səfir qeyd edib.

 Bodyu həmçinin Azərbaycan və Moldovanın ittifaq münasibətləri olduğunu da vurğulayıb.

 

 "Hər iki dövlət GUAM üzvüdür. Biz ümid edirk ki, bu fakt münasibətlərimizə ziyan vurmayacaq. Artıq Moldovada parlament və təhlükəsizlik şurası komissiyası yaradılıb. Bu iki komissiya baş verən insidenti (hadisəni) araşdırır. Bir daha qeyd edirəm ki, bu yalnış siyasi gediş idi". Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar