SON XƏBƏRLƏR

Prezident Obama: "Qəzzafinin son videoları diktatorlara dərs olmalıdır"

2021.10.20, 07:36
Prezident Obama: "Qəzzafinin son videoları diktatorlara dərs olmalıdır"

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları)  prezidenti Barak Obama Liviyanın (Libinin) devrilmiş lideri Müəmmar Qəzzafinin öldürülməzdən əvvəl başına gətirilənlərə münasibət bildirib.

 

Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, o, Qəzzafiyə verilən işgəncələrin videoya çəkilərək yayılmasını düzgün saymır.

 

"Qəzzafi dəhşətli əməllər törədib. Amma hətta o da ömrünün son dəqiqələrində işgəncə, ələsalma ilə üzləşərkən çəkilmiş videoların yayılmasına layiq deyildi. Bunu ən azı ədəb baxımından yayımlamamalı idilər, - deyə Obama bildirib. - Bu, bizim zövq almalı olduğumuz şeylər deyil. Hətta ən dəhşətli insanların belə, cəsədilə rəftarda müəyyən əxlaq qaydalarına əməl olunmalıdır".

 

Obama Ağ Evin məhz bu səbəbdən ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilmiş "Əl-Qaida" lideri Üsəma Ben Ladenin foto və videogörüntülərini yayımlamadığını bildirib.

 

Bununla yanaşı, prezident bildirib ki, Qəzzafinin ömrünün son anlarından çəkilmiş videolar "dünyanın digər diktatorları üçün dərs olmalıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar