SON XƏBƏRLƏR

13 nəfər milli-mədəni fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
13 nəfər milli-mədəni fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Oktyabrın 22-i (mehrin 30-ü) Təbrizin İnqilab Məhkəməsində 13 nəfər tanınmış azərbaycanlı fəalın məhkəmə iclası keçirilib.

 

Hakim Dolətabadinin sədrli ilə keçirilən iclasda, azərbaycanlı fəallar özlərini onlara qarşı irəli sürülmüş ittihamla bağlı müdafiə edib və sualları cavablandırıblar. Təbriz İnqilab Məhkəməsinin müstəntiqi onları Azərbaycan Cümhuriyyətinə casusluqda suçlayıb.

 

Məhkəmə iclası keçirilən azərbaycanlı fəalların kimliyi bunlardan ibarətdir:

 

- Əkbər Azad

- Behbud Quluzadə

- Əlirza Əbdullahi

- Mahmud Fəzli

- Şəhram Radmehr

- Şükrullah Qəhrəmani

- Sona Fərəczadə

- Pınar Fərəczadə

- Həsən Rəhimi

- Heydər Kərimi

- Aydın Xacei

- Yunis Süleymani

- Nəim Əhmədi

 

Xatırladaq ki, adını çəkdiyimiz tanınmış azərbaycanlı fəallar milli-mədəni zəmindəki fəaliyyətlərinə görə, keçən il tutuqlanıb, müxtəlif ittihamlarla suçlanıb və aylarca təknəfərlik kameralarda (sellullarda) saxlanılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar