SON XƏBƏRLƏR

Rəsul Rəzəvi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Rəsul Rəzəvi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

 

Oktyabrın 25-də (abanın 3-də) azadlığa buraxılan azərbaycanlı fəal mülki vəsiqə qarşılığında azad edilib.

 

O, dekabrın 8-i (azərin 17-i) iş yerindən gələrkən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və Təbriz ETTELAATında sorğu-suala tutularkən ağır ruhi-psixoloji işgəncələrə  məruz qalıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Yığıncaq zamanı, Təbrizin Azərbaycan Meydanında Urmu Gölü faciəsi ilə bağlı çıxış edib və Gölə tökülən çayların qarşısında tikilən səddlərin qaldırılmasını tələb etmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar