SON XƏBƏRLƏR

Öldürülmüş diktatorun xaricdəki sərvətinin SİYAHISI

2021.10.20, 07:36
Öldürülmüş diktatorun xaricdəki sərvətinin SİYAHISI

Gunaz.tv

GünAz TV: Liviyanın (Libinin) öldürülmüş diktatoru Qəzzafinin 168 milyard dollar dəyərində sərvətinin qaldığı açıqlanıb. Sərvətin bir hissəsi nağd pul və ləl-cəvahiratlardan, 1 milyard dolları isə daşınmaz əmlaklardan ibarətdir.

Türkiyə mediası xəbər verir ki, Liviyanın Milli Keçid Şurası artıq bir hissəsi dondurulan nağd pulları geri almaq üçün hərəkətə keçib. Məlumatlara görə, Qəzzafi avqust (August) ayının sonunda Tripolidəki (Trablosdakı) qərargahından qaçarkən, 12 milyard dollar nəğd pulla 5 milyon dollarlıq qızılı, yəni təxminən 17 milyard dolları tunellər vasitəsi ilə Nigerə ötürə bilib. Bu pul indi onun dul arvadı Safiyə, qızı Aişə və həyatda qalan oğullarının nəzarətindədir.

Qəzzafinin Niferə ötürdüyü 17 milyard dollardan başqa İspaniya, Amerika və İngiltərədəki bank hesablarında da 50 milyard dolları var. Bank hesabları 2011-ci ilin mart ayından bəri dondurulub. Qəzzafinin İngiltərədə, paytaxt Londonun şimalında Hampstead rayonunda (məntəqəsində) 2009-ci ildə satın aldığı malikanə isə Liviyada qarşıdurmaların ağırlaşdığı vaxt müxaliflər tərəfindən zəbt edilmişdi.

Qəzzafinin xarici ölkələrdəki bank hesablarında olan pulları:

 

ABŞ (Amerika Birləşmiş Ştatları)- 31 milyard dollar

Fransa - 17 milyard dollar

İngiltərə - 13 milyard dollar

İsveçrə - 12 milyard dollar

İtaliya - 11 milyard dollar

Hollandiya - 8 milyard dollar

Kanada - 8 milyard dollar

Almaniya - 7 milyard dollar

Avstraliya - 5 milyard dollar

Dubay -  5 milyard dollar

Suriya - 2 milyard dollar

Əlcəzair - 5 milyard dollar

 

Qəzzafinin xaricdə dəyəri milyonlarla dollar olan daşınmaz əmlakları:

 

Nyu-Yorkda 2 villa (25 milyon dollar)

Nyu-Cersidə 1982-ci ildə aldığı malikanə (5,5 milyon dollar)

Londonda, Hampstead rayonunda 2009-ci ildə satın aldığı malikanə (8 milyon dollar)

Londonda, Oksfordda 2009-cu ildə satın aldığı kompleks (140 milyon dollar)

İngiltərədə başqa bir kompleks (100 milyon dollar)

Argentinada 2001-ci ildə satın aldığı 7 hektar ərazi (120 milyon dollar)

“Fiat” şirkətində 7 faiz pay

“Yuventus” klubunda 3 faiz pay

İtaliyada 16 şirkət

Amerikada 6 şirkətdə cəmi 3 milyard dollarlıq pay

İngiltərədə 14 şirkət.

Qaynaq: Azadlıq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar