SON XƏBƏRLƏR

Qardaş ölkədə baş verən zəlzələdə ölənlərin sayı durmadan artır

2021.10.20, 07:36
Qardaş ölkədə baş verən zəlzələdə ölənlərin sayı durmadan artır

Gunaz.tv

GünAz TV: Türkiyənin Van şəhərində zəlzələdə ölənlərin sayı 366 nəfərə çatıb.

İki gün bundan öncə Türkiyənin Van şəhərində baş verən zəlzələ daha da ağır nəticələr verməyə başlayır. Bu barədə Gün.Az Türkiyə mətbuatına istinadən xəbər yayıb.

Türkiyənin dörd bir tərəfindən, həmçinin Azərbaycandan, Bolqarıstandan, Rusiyadan, İrandan və digər yerlərdən gələn xilasedici dəstələrin köməkliyi təbii fəlakət yerlərində fasiləsiz xilasetmə işləri aparılır. Dağıntıların üstü açıldıqca isə zəlzələnin nə qədər böyük və ürəkağrıdıcı olduğu da üzə çıxır.

Başda Van olmaqla, Ercis qəsəbəsində və ətraf ərazilərdə yüzlərlə yaşayış binası yerlə-yeksan olub. Hətta bəzi kəndlər xəritədən silinib. Fəlakət yerində su, qaz, işıq və ərzaq çatışmazlığı mövcuddur. Hazırda oradakı insanlara başda Azərbaycan olmaqla bir çox yerlərdən zəruri yaşayış ehtiyacları gətirilərək paylanılır.

 

 Türkiyə mətbuatı bildirir ki, baş nazir müavini və hökumət sözçüsü Bülent Arınç, Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında zəlzələdə 279 adamın həyatını itirdiyini, 1300 adamın da yaralandığını söyləyib. Nazir müavini qeyd edib ki, zəlzələnin gündüz olması və kəndlilərin çalışması səbəbiylə kəndlərdə ölü sayının qorxulduğu qədər olmayıb.

 

 Aldığımız son məlumatlara görə isə zəlzələdə ölənləri sayının 366-ya çatıb. Yaralananların sayı isə 1300-ü keçib.

 

 Türkiyənin Təhsil Nazirliyi (MEB) Van zəlzələsində 22 müəllim və 8 şagirdin həyatını itirdiyini açıqlayıb. Bundan başqa Dini Qrumlarla İş üzrə Dövlət Kömitəsi də zəlzələdə tutumlu “Arvasi Quran Kursu”nun olduğu yerin tamamilə çökdüyünü və nəticədə 10 şagirdin həyatını itirdiyi, ehtimalla 4 və ya 5 şagirdin də dağıntılar altında olduğu məlumatının alındığını bildirib.

 

 Hazırda fəlakət bölgəsində fasiləsiz olaraq xilasetmə tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar