SON XƏBƏRLƏR

İranda Azərbaycan əleyhinə beynəlxalq konfrans keçirildi

2021.10.20, 07:36
İranda Azərbaycan əleyhinə beynəlxalq konfrans keçirildi

Gunaz.tv

GünAz TV: Rəsmi Bakı islamafobiyada ittiham olunub, həbsdəki islamçıların dərhal azadlığa buraxılması tələb edilib.

İranın Qum şəhərində İslam ölkələrindən olan tələbə və ruhanilərin iştirakı ilə “Azərbaycan Respublikasında (Cümhuriyyətində) İslami oyanışa dayaq və islamofobiya siyasətlərinin məhkum edilməsi” adlı konfrans keçirilib.

APA-nın İran KİV-nə (kütləvi informasiya vasitələrinə) istinadən verdiyi məlumata görə, konfransda Qum Dini Hövzəsində təhsil alan İran, Azərbaycan və digər ölkələrdən olan tələbələr çıxış edərək, Azərbaycan Respublikasında islamofobiya siyasətinin olduğunu iddia edib, azərbaycanlıların bu istiqamətdə apardıqları mübarizəsini dəstəklədiklərini bildiriblər.

Tədbirin aparıcısı Ayətullahül-üzma Məhəmmədbaqir Təhriri çıxışında Azərbaycan dövlətini tənqid edərək, cəmiyyəti kütləvi itaətsizliyə çağırıb, orta məktəblərdə hicabdan istifadəyə qadağanı pisləyib: “Bu hərəkətlər İslam Əməkdaşlıq Təşkilatı üzvü olan bir ölkəyə yaraşan deyil və sona qədər davam edə bilməyəcək. Azərbaycan xalqı müsəlman-şiə dəyərlərinə etiqadda mübarizdir. Bu xalq kommunistlərin dövründə öz dinlərini qoruyub saxladı, azəri cavanlar indi də ilahi hökmlərə hörmətsizlik edilməsinə icazə verməyəcəklər”. M. Təhriri Azərbaycan İslam Partiyasının (AİP) rəhbərlərinin həbsinə də diqqəti çəkib: “Bakı dövləti hicab qadağasını ləğv və hicab məhbuslarını azad etməlidir”.  

Konfransda latın Amerikasından Salvador Müsəlmanlarının Rəhbəri Mustafa El-Salvadorlu, Konqo Ruhanilərindən Höccətul-İslam Zulkifl Konqoi və digərləri də Azərbaycanda, o cümlədən dünyada müsəlmanların qarşılaşdığı problemlər haqda danışıblar.

Konfransın sonunda qəbul olunan bəyanatda isə AİP rəhbərlərinin və dindarların Bakıda keçirilən aksiyaları (yürüşləri) zamanı həbs olunan şəxslərin azad olması tələb olunub.

Xatırladaq ki, bundan əvvəl də İrandan Azərbaycana qarşı belə tələblər irəli sürülb. Din xadimlərinin çağırışı ilə kütləvi aksiyalar keçirilib və Azərbaycan dövlətinə qarşı şüarlar səsləndirilib.

Bu aksiyalar Bakıda Urmu gölünün qurudulmasına etiraz olaraq Güneyli fəalların başlatdıqları kampaniyaya dəstək olaraq keçirilən piketlərə (göstərilərə) cavab sayıla bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar