SON XƏBƏRLƏR

Müəmmər Qəddafi məxfi yerdə dəfn edilib

2021.10.20, 07:36
Müəmmər Qəddafi məxfi yerdə dəfn edilib

Gunaz.tv

GünAz TV: Milli Keçid Şurasının (MKŞ) nümayəndələri Qəddafinin çərşənbə axşamı sübh tezdən məxfi yerdə dəfn olunduğunu bildirirlər.

Qəddafi ilə yanaşı onun oğlu, Mütəssim və köməkçisi basdırılıb.  

AP agentliyi MKŞ nümayəndəsinə istinadən dəfnin səhər saat 5-də keçirildiyini xəbər verir.

İbrahim Beytalmala dəfndə duaların oxunduğunu bildirib.

Müəmmar Qəddafi ötən cümə axşamı MKŞ qüvvələri tərəfindən ələ keçirilərək başından aldığı güllə yarasından ölüb.

Onun ölümü ilə bağlı müəmmalı qalan məqamlar mövcuddur.

Yeni hakimiyyət araşdırmanın keçiriləcəyini vəd edib.

Sirtdə öldürülən Qəddafinin cənazəsi Misratadakı ət dükanının dondurucu kameralarından birində saxlanılıb.

Yerli əhali sabiq liderin ölməsində əmin olmaq üçün növbələrə düzülüb.

Bu arada MKŞ onun cəsədi ilə nə edəcəyini götür-qoy edib.

Bu yeni hakimiyyətin tərəddüdü ilə bağlı çox sayda suallar yaradıb. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar