SON XƏBƏRLƏR

Azərbaycan BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilib.

2021.10.20, 07:36
Azərbaycan BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilib.

Gunaz.tv

GünAz TV: Azərbaycan iki il müddətinə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2012-13-cü illər üçün qeyri-daimi üzvü seçilib.

 

Bakı vaxtı ilə gecə 12.00-da keçirilən seçkilərdə Azərbaycan Sloveniya ilə yarışırdı.

 

Lakin Sloveniya BMT Baş Assambleyası (gənəl kurul, məcmə-i ümumi) Şərqi Avropa qrupundan Təhlükəsizlik Şurasına (BMTTŞ) namizədliyini geri götürüb, nəticədə Azərbaycan avtomatik olaraq qalib gəlib.  

 

Azərbaycanın qeyri-daimi üzv seçilməsinə 193 ölkədən 155-i müsbət rəy verib.

 

Azərbaycan və Sloveniyadan başqa, Macarıstan həmin yerə öz namizədliyini irəli sürsə də, ilk mərhələdən o yana gedə bilməyib. Azərbaycanla Sloveniya arasında isə daha 4 yarış turu baş tutub, lakin nəticəsiz qalıb.

 

Azərbaycan 1992-ci ildən BMT-nin üzvüdür. Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə məşğul olur.

 

15 üzvü olan Şuranın 5 daimi- Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ (Amerika Birləşmiş Ştatları) və 10 qeyri-daimi üzvü var.

 

Bu üzvlərə yanvardan (January) Kolumbiya, Almaniya, Hindistan, Portuqaliya, CAR (Cənubi Afrika Respublikası) və gələn yanvardan fəaliyyətə başlayacaq Pakistan, Toqo, Mərakeş, Qvatemala və Azərbaycan daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar