SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Abdullah Səduqi ETTELAAT idarəsinə intiqal edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Abdullah Səduqi ETTELAAT idarəsinə intiqal edilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal cənab Abdullah Səduqi oktyabrın 24-də (abanın 2-də) Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal edilib.

 

Cənab Səduqi avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan təxminən 30 nəfərdən biridir. O, 20 gün ETTELAT təcridxanasında saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülmüşdür.

 

Həmçinin cənab Səduqi ETTELAAT təcridxanasında saxlanılan zaman qanunsuz saxlanıldığına görə, aclıq aksiyası (etisab-i ğəza) emiş və səhhəti pisləşmişdir.

 

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı iftar mərasimi zamanı tutulan  azərbaycanlı fəalların dərhal azad edilməsini tələb edibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar