SON XƏBƏRLƏR

Nasir Derazşəmşir hələdə təknəfərlik kamerada (sellulda) saxlanılır

2021.10.20, 07:36
Nasir Derazşəmşir hələdə təknəfərlik kamerada (sellulda) saxlanılır

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Nasir Derzaşəmşir (Aydın Muğanlı) bir neçə aydır Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təknəfərlik kamerasında (sellulda) saxlanılır.

 

Cənab Derazşəmşir 2011-ci il avqust ayının 6-ı (mordad ayının 15-i) Muğanın Cəfərabad qəsəbəsində tutuqlanıb və dərhal Təbrizin ETTELAAT şöbəsinə aparılıb. Tutulduğu gündən bəri təknəfərlik kamerada saxlanılan Derazşəmşirlə, bir neçə dəqiqəlik anası ilə görüşdən başqa heç bir mülaqata icazə verilmir.

 

Onun ailəsinə yaxalanmasının səbəbi ilə bağlı da heç bir məlumat verilmir. O, bu müddətdə vəkil tutmaq hüququndan da məhrum olub.

 

Təbrizin ETTELAAT idarəsindən onun ailəsinə bildirilib ki, müəyyən səbəblərə görə Derazşəmşirin ETTELAATın təknəfərlik kamerasında saxlanılma müddəti uzadılıb.

 

Qeyd edək ki, Adını çəkdiyimiz azərbaycanlı fəalın tutulduğu müddətdə bundan başqa heç bir bilgi əldə edilməyib.

 

Xatırladaq ki, Bakı Dövlət Universitetinin məzunu, magistr (foq lisans) dərəcəsinə yiyələnmiş Güney Azərbaycanlı Nasir Derazşəmşir öz dostları arasında milli-mədəni fəaliyyətlərlə məşğul olub və bundan başqa heç bir suç işləməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar