SON XƏBƏRLƏR

Zəlzələ Güney Azərbaycanda da hiss olunub, itkilər və dağıntılar var

2021.10.20, 07:36
Zəlzələ Güney Azərbaycanda da hiss olunub, itkilər və dağıntılar var

Gunaz.tv

GünAz TV: Oktyabrın (October) 23-də Türkiyənin Van şəhərində baş vermiş güclü zəlzələ İranın Qərbi Azərbaycan əyalətində (ostan) də dağıntılara səbəb olub.

 

İran parlamentinin Xoy və Çaldıran şəhərlərindən seçilmiş deputatı (millət Vəkili) Müvəyyid Hüseyni oktyabrın 24-də jurnalistlərə açıqlamasında əyalətin Türkiyə sərhədinə yaxın bölgələrində qeydə alınmış 6,5 bal gücündə zəlzələ haqda belə deyib: “100-ə yaxın kənd ciddi ziyan görüb. Ancaq ölənlərin və yaralıların sayı o qədər də çox deyil”.

 

 Son məlumatlara görə, Türkiyədə 7,2 bal gücündə zəlzələdə ölənlərin sayı 220 nəfərə çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar