SON XƏBƏRLƏR

Radio Zəmanə: "Abbas Lisaninin harda saxlanıldığı bilinmir"

2021.10.20, 07:36
Radio Zəmanə: "Abbas Lisaninin harda saxlanıldığı bilinmir"

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal Cənab Abbas Lisani barədə nigaranlıqlara son qoyulmur. Son məlumata görə, onun  harda saxlanıldığı bəlli deyil.

 

Bu barədə Vəkil Nağı Mahmudi, “Radi Zəmanə”-yə məlumat verib.

 

O, cənab Lisaninin son vəziyyəti barədə belə deyib:

“Abbas bəy Lisaninin harda saxlanıldığı barədə heç bir məlumat yoxdur. Lisani aclıq aksiyasını (etisab-i ğəza) dayandırdıqdan sonra öz ailəsi ilə 5 dəqiqəlik telefon əlaqəsi saxlayıb və bildirib ki, əgər başıma bir bəla gəlirsə bilin ki, aclıq aksiyasından deyil.

Bu isə, işgəncələrin və münasibətlərin şiddətindən xəbər verir. O demək istəyib ki, vəziyyəti ağırdır və cismi-ruhi işgəncələr altında saxlanılır.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar