SON XƏBƏRLƏR

“Traxtur” müsabiqəsində Tutuqlanan yeniyetmə, işgəncələrdən aldığı xəsarətlərə görə xəstəxanaya aparılıb

2021.10.20, 07:36
“Traxtur” müsabiqəsində Tutuqlanan yeniyetmə, işgəncələrdən aldığı xəsarətlərə görə xəstəxanaya aparılıb

Gunaz.tv

GünAz TV: Oktyabrın 21-i(mehrin 29-u) Təbrizin səhənd stadionunda (stadyom) “Traxtur”la “Saypa” futbol komandaları (timləri) arasında keçirilən müsabiqədə bir neçə yeniyetmə (nocəvan) soydaşımız tutulanıb.

 

Urmu Gölü ilə bağlı deyilən şüarlar və əllərində bulunan Bildirilərə görə Təhlükəsizlik qüvvələri tərəfindən döyülərək tutulanlardan biridə Fərzad Kazimidir.

 

Fərzad Kaziminin 15 yaşı var.  Təhlükəsizlik qüvvələri onu dörəyək yaxalayıb və Saib xiyabanındakı təcridxanaya aparıblar. “Susuz Göl”ün yaydığı məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəal təcridxanada ağır işgəncə edilib. O, işgəncələrdən aldığı xəsarətlərə görə, xəstəxanaya (bimaristana) yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar