SON XƏBƏRLƏR

BMT (Birləşmiş Millətlər Təşkilatı) Yəmənlə bağlı qətnamə qəbul edib

2021.10.20, 07:36
BMT (Birləşmiş Millətlər Təşkilatı) Yəmənlə bağlı qətnamə qəbul edib

Gunaz.tv

GünAz TV: Salehə mühakimə olunmamaq qarşılığında iqtidardan çəkilməsi təklif edilib.

BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası Yəməndə iqtidarın nümayişçilərə qarşı aşırı güc tətbiq etməsini qınayıb.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, İngiltərənin hazırladığı qətnamə mətnində prezident Əli Abdulla Salehin 33 illik iqtidarını buraxıması, bunun qarşılığında mühakimə olunmamasını təmin edən anlaşmanı qəbul etməsi istənilib.

Qərarda Yəməndə iqtidarla yanaşı, müxalifətə də güc tətbiqindən çəkinməsinə dair xəbərdarlıq edilib.

Yəmən iqtidarı BMT-nin qərarından məmnun qalıb, müxalifət isə qərarı tənqid edib.

Yeri gəlmişkən, Sənada hökumət qüvvələri ilə müxalifəti dəstəkləyən əsgərlər arasındakı toqquşmada daha 3 nəfər ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar