SON XƏBƏRLƏR

Ramin Mehmanpərəst: “Tarix boyu despot və müstəbidlərin sonu eyni cür olub – onlar şərəfsizcəsinə ölüb”

2021.10.20, 07:36
Ramin Mehmanpərəst: “Tarix boyu despot və müstəbidlərin sonu eyni cür olub – onlar şərəfsizcəsinə ölüb”

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Ramin Mehmanpərəst oktyabrın (October) 21-də Liviyada (Libidə) baş verən hadisələrlə bağlı öz ölkəsinin rəsmi mövqeyini açıqlayıb.

 

ANS PRESS İRNA agentliyinə (ajansına) istinadən bildirir ki, Mehmanpərəst Liviya diktatoru Müəmmar Qəddafinin qətli barədə xəbərləri şərh edərək deyib ki, bütün tarix boyu despot və müstəbidlərin sonu eyni cür olub – onlar şərəfsizcəsinə ölüb.

 

Mehmanpərəstin sözlərinə görə, İranın rəhbərləri və sadə insanları Liviyada baş vermiş hadisələrə görə çox sevinirlər və bunu öz ölkələri üçün "böyük qələbə" sayırlar.

 

Mehmanpərəst bildirib ki, "tiran" (zalim) Qəddafinin məhz bu cür sonu olmalı idi, çünki o öz xalqının hüququnu tapdayırdı. İran məmuru dünyanın başqa diktatorlarını da eyni taleyin gözlədiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar