SON XƏBƏRLƏR

Rəsmi Tehranın Türkiyə və Amerika ilə bağlı yeni açıqlaması

2021.10.20, 07:36
Rəsmi Tehranın Türkiyə və Amerika ilə bağlı yeni açıqlaması

Gunaz.tv

GünAz TV: Oktyabrın (October) 21-də jurnalistlərə açıqlama verən İranın müdafiə naziri Əhməd Vəhidi NATO-nun Türkiyədə yerləşdirdiyi hava hücumundan müdafiə sistemindən və ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İrana qarşı hərbi hücumundan danışıb.

Türkiyə hökuməti NATO-nun bu sisteminin ölkə ərazisində quraşdırılmasına ötən ay razılıq verib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Əhməd Vəhidi NATO-nun Türkiyədə yerləşdirdiyi raket sistemi haqda İranın mövqeyini açıqlayıb: “NATO-nun hava hücumundan müdafiə sisteminin Türkiyədə yerləşdirməsi haqda bizim mövqeyimiz dəyişməyib. Bu təşəbbüs yaxşı addım deyil və bölgənin təhlükəsizliyinə problem yaradacaq”.

Əhməd Vəhidi Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cəbiri qətlə yetirmək üçün terror planında (tərhindən) İranın günahlandırılmasını ABŞ-ın İrana qarşı yeni ssenarisi adlandırıb: “Bu, amerikalılar üçün siyasi bir rüsvayçılıqdır. Onlar siyasi problemlər içində qərq olduqları üçün belə əsassız iddialar irəli sürür. Bəzi təhlilçilərin fikrincə isə bu cür ssenarilərlə İrana qarşı hücuma keçmək üçün bəhanə axtarırlar. Baxmayaraq ki, onların belə bir hücuma əl atması gözlənilmir, lakin bununla belə, İran Silahlı Qüvvələri onların hər hansı mümkün hücumuna çox kəskin cavab verəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar