SON XƏBƏRLƏR

Suriyada yeni mitinqlər: "Qəddafi getdi, sıra səndə Bəşar"

2021.10.20, 07:36
Suriyada yeni mitinqlər: "Qəddafi getdi, sıra səndə Bəşar"

Gunaz.tv

GünAz TV: Suriyadakı mitinqlərdə daha 19 nəfər öldürülüb.

Liviyada (Libidə) Müammər Qəddafinin öldürülməsi Suriyadakı aksiyaları (Yürüşləridə) da alovlandırıb.

 

 Cümə namazından sonra ölkədə keçirilən mitinqlərdə "Qəddafi bitdi, sıra səndə Bəşar" yazılan plakatlar qaldırılıb.

 

 Təhlükəsizlik qüvvələri qələbəliyə atəş açıb, nəticədə 19 nəfər ölüb, çox sayda insan yaralanıb.

 

 Çox sayda da həbs edilənlərin olduğu bildirilib.

 

 Human Rights Watch və Amnesty İnternational da daxil olmaqla 29 beynəlxalq insan haqlarını müdafiə təşkilatı BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına müraciət edərək Suriya iqtidarının nümayişçilərə qarşı öldürücü gücdən istifadə etməsinin qarşısının alınmasını tələb edib.

 

 BMT-nin açıqladığı rəqəmlərə görə, Suriyada etirazların başlamasından etibarən 3 min nəfər öldürülüb. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar