SON XƏBƏRLƏR

Ustad Şəhriyarın yaxın dostu ustad Yəhya Şeyda dünyasını dəyişib

2021.10.20, 07:36
Ustad Şəhriyarın yaxın dostu ustad Yəhya Şeyda dünyasını dəyişib

Gunaz.tv

GünAz TV: Təbrizli tanınmış yazıçı, ustad Şəhriyarın yaxın dostu, jurnalist, ədəbiyyatçı və şair ustad Yəhya Şeyda 4-cü gün (pəncşənbə günü) dünyasını dəyişib.

 

Ustad Yəhya şeyda 87 il öncə Təbrizdə dünyaya göz açıb. Onun atası mərhum Həsən Yüzbaşı Məşrutə inqilabının mücahidlərindən olub.

 

Azərbaycanlı mərhum ziyalı cənab Yəhya Şeyda alman, ərəb, türk və fars dillərini mükəmməl bilirmiş.

 

Mərhumun dəfn mərasimi 6-cı gün (şənbə günü) şəhər çağı keçiriləcək. Mərasimə çoxlu şair, ziyalı və ictimai xadimin qatılacağı gözlənilir. Mərasim Təbrizin 29 bəhmən fərhəngi-hünəri müctəmesindən “vadiye rəhmət” hünərməndlər qit`əsinə tərəf baş tutacaq.

 

Mərhum ustaddan çoxlu qiymətli ədəbi və elmi əsərlə qalıb.

 

ALLAH rəhmət eləsin

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar