SON XƏBƏRLƏR

Türk ordusunun Əməliyyatları davam edir

2021.10.20, 07:36
Türk ordusunun Əməliyyatları davam edir

Gunaz.tv

GünAz TV: Türk hərbi təyyarələri İraqın şimalındakı PKK düşərgələrini bombalayır.

 

Türkiyə ordusunun dünəndən ölkə daxilində və Şimali İraqda başlatdığı əməliyyatlar davam edir.

 

 Diyarbəkir və Malatyada dünən axşam saatlarında başlayan hərəkətlilik sabah davam edib.

 

 8-ci Ana Qırıcı Bazası və Erhaç Hava Bazasından qalxan təyyarələr İraqın şimalındakı PKK düşərgələrini vurub.

 

 Təyyarələr Avaşin Basyan, Metina, Hinere, Hakurk, Haftanin və Zap düşərgələrindəki terrorçuları atəşə tutub. Kavaklı bölgəsi və Kato dağına isə vertolyotlarla (helikopterlərlə) desant (niru) endirilib.

 

 Türk ordusu İraqın şimalında PKK-çıları izləməyə davam edir.

 

 Əməliyyatda jandarm xüsusi təyinatlıları və hərbi xüsusi təyinatlılar iştirak edir. TRT Azərbaycan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar