SON XƏBƏRLƏR

Barak Obama Qəddafinin qətlindən sonra Yaxın Şərqdəki bütün diktatorlara xəbərdarlıq etdi

2021.10.20, 07:36
Barak Obama Qəddafinin qətlindən sonra Yaxın Şərqdəki bütün diktatorlara xəbərdarlıq etdi

Gunaz.tv

GünAz TV: Devrilmiş və qətlə yetirilmiş keçmiş Liviya (Libi) lideri Müəmmar Qəddafinin taleyi Yaxın Şərqin bütün avtoritar (istibdadi) rəhbərləri üçün dərs olmalıdır.

Gün.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla oktyabrın (October) 20-də axşam Liviya diktatorunun ölümünü şərh edən ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama çıxış edib.

 

 “Bugünkü hadisə region (bölgə) üçün dəmir əllə idarə edən istənilən rejimin sonunun qaçılmaz olduğuna dəlalət edən daha bir sübutdur” – deyə, B.Obama bəyan edib.

 

 “Qəddafinin ölümü Liviya xalqının həyatında uzun və ağrılı bir mərhələyə son qoydu. İndi liviyalılar öz talelərini yeni və demokratik ölkədə həll etmək imkanı qazanıblar” – deyə, amerikalı prezident bəyan edib. 

 

 B.Obama M.Qəddafinin taleyinin ABŞ-ın Liviya kampaniyasında iştirak strategiyasının düzgünlüyünü sübut etdiyini də vurğulayıb.

 

 “Liviya torpağına heç bir amerikalı hərbi qulluqçu göndərməyərək, biz qarşıya qoyulmuş bütün məqsədlərimizin yerinə yetirilməsinə nail olduq” – deyə, Obama bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar