SON XƏBƏRLƏR

Türk dövlətlərinin Almatı Bəyannaməsi razılaşdırılıb

2021.10.20, 07:36
Türk dövlətlərinin Almatı Bəyannaməsi razılaşdırılıb

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin AzərTAc-a istinadən yaydığı məlumata görə, oktyabrın (October) 20-də türk dövlətlərinin xarici işlər nazirliklərinin yüksək səviyyəli rəhbərlərinin iclasında Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının (TDƏŞ) Almatı Bəyannaməsinin layihəsi razılaşdırılmışdır.

 

Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov türkdilli dövlətlərin XİN səviyyəsində yüksək rəhbərlərinin müzakirələrinin yekunlarına (sonuna) həsr olunmuş mətbuat konfransında demişdir: “Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyənin xarici siyasət idarələrinin nümayəndələri, həmçinin yüksək səviyyədə görüşün gündəliyini razılaşdırmışlar”.

 

İclasda TDƏŞ Katibliyinin hüquqi fəaliyyətinin təmin olunması üzrə əsas sənədlər imzalanmış və qəbul edilmişdir.

 

Y.Kazıxanov demişdir: “Yaxın perspektivdə (çeşməndaz) qarşıya qoyulmuş vəzifələri həll etmək üçün Şuranın üzvü olan ölkələr TDƏŞ-in institusionallaşdırılmasının (nəhadinə olmasının) başa çatdırılması üzrə birgə fəaliyyəti gücləndirməlidirlər. Türk şurasının fəaliyyəti hər hansı üçüncü ölkələrin əleyhinə yönəlməmişdir. O, öz işində BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) məqsədlərinə və prinsiplərinə (əsllərinə, ilkələrinə), beynəlxalq hüququn normalarına, habelə ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) və digər beynəlxalq qurumlar çərçivəsində götürülmüş öhdəliklərə tamamilə sadiq olacaqdır”.

 

TDƏŞ-in baş katibi Xəlil Akınçı demişdir: “Qurumun məqsədi ölkələrimiz arasında artıq mövcud olan əməkdaşlığı irəlilətmək və gələcəkdə inkişaf etdirmək üçün konkret (açıq, müşəxxəs) addımlar atmaqdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar