SON XƏBƏRLƏR

Bəhreyn Amerikadan İrana qarşı ciddi tədbir almasını istəyib

2021.10.20, 07:36
Bəhreyn Amerikadan İrana qarşı ciddi tədbir almasını istəyib

Gunaz.tv

GünAz TV: Bəhreyn xarici işlər naziri Xalid Bin Həməd Al-Xəlifə ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) İrana qarşı ciddi tədbir görməsini tələb edib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, oktyabrın 20-də jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə qarşı terror planından (tərhindən) danışan nazir deyib ki, terror təhlükəsi artıq Amerika torpağına gəlib çatıb və ABŞ prezidenti Barak Obama bunun qarşısını almaqda ciddi olduğunu nümayiş etdirilməlidir: “Biz Amerikadan öz mənafeyini qorumaq üçün İranın qarşısında dayanmasını istəyirik. Siz (Barak Obama) bəyan etmisiz ki, İran Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirini qətlə yetirmək üçün hazırladığı terror planına görə cavab verməli olacaq. Lakin ABŞ Vaşinqtonun bu məsələdə ciddi olduğunu göstərmək üçün nə edə bilər?

Siz terrorçu əməliyyatlarda dəfələrlə itkilər vermisiz. Ancaq biz hələ də sizin terrorizmə qarşı uyğun cavabınızı görməmişik. Bu, doğrudan da, çox ciddi bir məsələdir. Bu terrorçu əməliyyatlar artıq gəlib sizin torpağınıza çatıb”.

ABŞ rəsmiləri oktyabrın 11-də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının Səudiyyə Ərəbistanının və İsrailin Vaşinqtondakı səfirliklərinə hücum planını və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Adil əl-Cəbiri qətlə yetirmək cəhdini zərərsizləşdirdiyini açıqlayıb. Bildirilir ki, terror əməliyyatına “Qüds” üzvü olan iki İran vətəndaşı rəhbərlik edib. Bunlardan biri hazırda tutulub həbsdə saxlanan Mənsur Ərbab Siyar (o həm də ABŞ vətəndaşıdır), digəri isə İrana qaçan Qulam Şəkuridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar