SON XƏBƏRLƏR

İran Azərbaycana etiraz notası verib

2021.10.20, 07:36
İran Azərbaycana etiraz notası verib

Gunaz.tv

GünAz TV: Oktyabrın (October) 21-də Azərbaycanın İran İslam Respublikasındakı (Cümhuriyyətindəki) səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfirə İran-Azərbaycan sərhədindəki silahlı insidentlə (hadisə ilə) bağlı rəsmi etiraz notası təqdim olunub.

Bu barədə İran Dövlət Televiziyasının rəsmi saytı məlumat verir.

Oktyabrın 19-u saat 14:00 radələrində Biləsuvar rayonunda (məntəqə, şəhər) Azərbaycan-İran sərhədinin pozulması müşahidə edilib.

Əraziyə əlavə sərhəd naryadları (qoruyuçuları) çıxarılıb və axtarış təşkil olunub. Dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. O, aldığı güllə yarasından xəstəxanada ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar